"İnternetdə tənqiddən qorunmaq olmaz"

"İnternetdə tənqiddən qorunmaq olmaz"
9 Mart 2017
Mətni dəyiş
Son vaxtlar sosial media nümayəndələrinin həbsi halları çoxalıb. Bu, görünür, sosial şəbəkələrin hökumətin tənqidi meydanına çevrilməsindən yaranan narahatlıqla bağlıdır. Bu fikri Turan agentliyinə müsahibəsində media hüquqları sahəsində ekspert Xalid Ağaliyev bildirib.
Onun fikrincə, hakimiyyət çap və yayım mətbuatını nəzarəti altına götürdükdən sonra alternativ fikir daşıyıcıları sosial mediadan istifadə etmək məcburiyyətində qalıb. Buna görə hakimiyyətin kəskin təzyiqi sosial mediaya yönəlib. Hazırda ən az 15 jurnalist, bloger, fəal sosial şəbəkə istifadəçiləri tənqidi nəşrlərinə görə həbsdədir. Amma onlar xuliqanlıqda, narkotik dövriyyəsində, rüşvət tələb etməkdə ittiham olunublar.
Bloger Mehman Hüseynovun həbsi ilə bağlı beynəlxalq rezonansın səbəbi haqqında suala cavabda ekspert bildirib ki, onun həbsi gözlənilən idi.
"O, daim korrupsiya faktlarını işıqlandırırdı və bunu çox da etik şəkildə etmirdi. Hökumətin Cinayət Məcəlləsinin diffamasiya haqqında maddəsini tətbiq etməmək vədləri fonunda onu diffamasiya ittihamı ilə həbs ediblər", deyə Ağaliyev bildirib.
Ekspert qeyd edib ki, 2007-08-ci illərdən ifadə və mətbuat azadlığı sahəsində qanunvericilik durmadan pisləşir. Hətta Konstitusiyaya məhdudlaşdırıcı düzəlişlər edilib. "Amma İnternet azadlığına qarşı sərt tədbirlər təşəbbüsləri irəli sürənlər başa düşməlidirlər ki, qlobal şəbəkəni Azərbaycanda tamamilə ləğv etməkdən başqa heç cür onda tənqiddən xilas olmaq mümkün deyil. Həmçinin, başa düşmək lazımdır ki, məhz ənənəvi KİV-də mətbuat azadlığı məhdudlaşdırıldığına görə tənqid sosial mediada cəmləşib", deyə o qeyd edib.
Amma yerli İnternet nəşrləri bağlamaqla onların xaricdən fəaliyyətinin qarşısını almaq qeyri-mümkündür.
Ağaliyev həmçinin qanunvericiliyə təklif olunan, Rabitə Nazirliyinə məhkəmə qərarı olmadan saytları bağlamaq imkanı verən düzəlişləri tənqid edib.
Rabitə Nazirliyi məhkəmə deyil və o, pozuntunu, məsələn, rüşvət alınması haqqında məlumatın doğruluğunu müəyyən edə bilməz.
Ekspert hesab edir ki, KİV-ə heç bir dövlət dəstəyi ilə mətbuat azadlığı məsələsini həll etmək mümkün deyil. Bunun üçün biznesin azadlığı, məhkəmələrin müstəqilliyi və bütünlükdə fundamental azadlıqlar təmin olunmalıdır

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun