İngiltərə və Almaniya ortaq müdafiə sazişinə hazırlaşır

İngiltərə və Almaniya ortaq müdafiə sazişinə hazırlaşır
20 Mart 2017
Mətni dəyiş
İngiltərənin “Financial Times” qəzeti İngiltərənin Almaniya ilə yeni bir müdafiə əməkdaşlıq sazişi imzalamağa hazırlaşdığını yazıb.
Qəzetin xəbərinə görə, razılaşma əsasında AB-dən ayrılma qərarına baxmayaraq, ingilis hökuməti Almanya və AB ilə əməkdaşlığı güclü bir şəkildə davam etdirmək istədiyi mesajını vermək istəyir.
FT İngiltərə Müdafiə Nazirliyinin razılaşma üzərində çalışdığını, Almaniya Müdafiə Nazirliyinin da bu məlumatı təsdiq etdiyini bildirib.
Qəzet sazişin kiber təhlükəsizlik, hərbi təhsil və dəniz təhlükəsizliyi sahələrini əhatə etdiyini yazıb. Xəbərdə Almaniyanın da Brexitdən sonrakı dövrdə Avropanın müdafiə və təhlükəsizliyində İngiltərə ilə əməkdaşlığa çox əhəmiyyət verdiyi vurğulanır.
FT həm Londonun, həm də Berlinin xüsusilə Ukrayna böhranından sonra Şərqi Avropada birlikdə hərəkət etməyə əhəmiyyət verdiyini ifadə edir. Xəbərdə İngiltərə Xarici işlər naziri Michael Fallonun İngiltərənin fərqli AB ölkələriylə hərbi əlaqələri gücləndirmək üçün danışıqlar apardığı da qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun