Hüsnü Mübarəkə bəraət verildi

Hüsnü Mübarəkə bəraət verildi
3 Mart 2017
Mətni dəyiş
Misir Ali Apellyasiya Məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin 2011-ci ildə etirazlar vaxtı nümayişçilərin ölümündə günahsız olduğuna qərar verib. Məhkəmədən verilən açıqlamada Mübarəkin bəraət etdiyi bildirilib.
Mübarək 6 il əvvəl paytaxt Qahirədəki etiraz mitinqləri zamanı 800-dən çox adamın ölümündə günahkar bilinirdi. Bu etirazlar nəticəsində Mübarək istefa vermək məcburiyyətində qalmışdı.
Apelyasiya iddiası 2015-ci ilin noyabr ayında başlamış, ancaq 88 yaşındakı Mübarəkin sağlamlıq problemləri səbəbindən məhkəmə təxirə salınmışdı. Misirin keçmiş lideri Mübarək sağlamlığnda yarananlarla bağlı Qahirədə hərbi xəstəxanada saxlanılırdı.
Mübarək məhkəmə başlanandan bəri ilk dəfə prosesə qatılıb. O, məhkəmə zamanı günahsız olduğunu bildirib. Yekun nəticədə, Ali Apellyasiya Məhkəməsi qərarının qəti olduğu və etiraz şikayətinin verilmə imkanı olmadığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun