Heykəl məhbusu Qiyas İbrahimovun səhhətində ciddi problem yaranıb

Heykəl məhbusu Qiyas İbrahimovun səhhətində ciddi problem yaranıb
30 Mart 2017
Mətni dəyiş
Nidaçı siyasi məhbus Qiyas İbrahimovun səhhətində ciddi problem yaranıb. Bu barədə jurnalist Tatyana Kryuçkina siyasi məhbusun anası Şura Əmiraslanovaya istinadən məlumat yayıb. 
Abzas.net xəbər verir ki, jurnalistin məlumtına görə, gənc fəalın görmə qabiliyyətində problemlər yaranıb, Qiyas İbrahimin gözü hiss olunacaq dərəcədə zəifləyib və bu davam edir.
T.Kryuçkina bildirib ki, gənc fəalın görmə qabiliyyəti zəifləməkdə davam edir. 1 saylı  İstintaq Təcridxanasının rəhbərliyi isə 2 aya yaxındır ki, həkim çağırmır və bunu göz həkimin olmadığı ilə əsaslandırır.
Meydan TV xəbərlə bağlı vəkil Elçin Sadıqovla əlaqə saxlayıb.
Vəkil yazılanları təsdiqləyib və bildirib ki, bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırıb, amma reaksiya yoxdur.
Qiyas İbrahimov və Bayram Məmmədovla ötən il mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər.
Hər iki gənc Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən "vicdan məhbusu" elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun