Harvard Universitetinin tələbələri Xədicə İsmayılı ilin nümunəvi qadını seçib

Harvard Universitetinin tələbələri Xədicə İsmayılı ilin nümunəvi qadını seçib
9 Mart 2017
Mətni dəyiş
Harvard Universiteti Beynəlxalq Qadınlar günü ilə bağlı hər il elan etdiyi ilin nümunəvi qadınları mükafatlandırmasını bu il də təşkil edib. 
Abzas.net xəbər verir ki, Harvad Hüquq Məktəbi artıq 4-cü ildir beynəlxalq qadınlar günü sərgisi dünyanın dörd bir yanında siyasət və hüquq sahələrinə heyrətamiz töhvələr vermiş qadınları  nümayiş etdirir.
Müəllimlər və heyət tərəfindən namizədliyi irəli sürülmüş qadınlar ali məhkəmə oturacağında, sinif qarşısında və ya küçə mitinqində olmasından asılı olmayaraq öz sahələrinin ən güclü səsləri hesab edilir. Beynəlxalq qadınlar günü sərgi komitəsi 2017-ci il qaliblərini cəmiyyətə tanış etmək şərəfinə layiq görülüb.
Universitetin seçdiyi siyahıda 25 tanınmış qadının adı keçir. Onların sırasında amerikalı senatorlar, konqresmenlər, həmçinin ABŞ-ın son prezident seçkilərində əsas namizədlərdən biri Hillary Clinton da var. Xaricilərdən isə yalnız Xorvatiyadan hüquq müdafiəçisi Dubravka Šimonović, Kanadadan olan liviya əsilli fizik Alaa Murabit, nigeriyalı yazıçı Chimamanda Ngozi Adichie  və Azərbaycandan araşdırmaçı jurnalist Xədicə İsmayıl var.
İlin nümunəvi qadınlarından seçilən Xədicə İsmayıl bu münasibətlə Martın 8-də Harvard Universitetinin Hüquq Məktəbində tələbələrə mühazirə deyib. 
Bu barədə "Abzas"a açıqlamasında Xədicə İsmayıl bildirib ki, hüquq  fakültəsinin tələbələrinə xarici vəkillərlə işləməyindən, təcrübələrindən və araşdırmalardan danışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun