Həbsdə olan keçmiş müstəntiq karsa salınıb

Həbsdə olan keçmiş müstəntiq karsa salınıb
7 Mart 2017
Mətni dəyiş
Həbsdə olan keçmiş müstəntiq,  9 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun “karsa” salındığı bildirilir. Bu barədə məlumatı yazar Zümrüd Yağmur yayıb.
Abzas.net xəbər verir ki, Z.Yağmur Rüfət Səfərovun anası ilə danışıb. Keçmiş müstəntiqin valideyni bildirib ki, oğlunu 3 gün müddətinə karsa salıblar.
"Bu gün evə zəng vurmalı olduğu halda Rüfət evlə əlaqə saxlamayıb. Nigaran qalan ailəsi maraqlandıqda bəlli olub ki, Rüfət bu gündən 3 gün müddətinə “karsa” salınıb. Səbəb kimi də Rüfətin otaq yoldaşı ilə mübahisə etdiyi göstərilib", - deyə bildirilib.
Rüfət Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, buna qədər isə “davranış normalarını pozduğuna görə” prokurorluqdan xaric edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi Səfərov barəsində hökmü qüvvədə saxlayıb.
Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin üzvü, sonradan Müdafiə Nazirliyinin mətbuat katibi olan Eldar Sabiroğlu işdən çıxdıqdan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid etməyə başlayıb, bundan sonra Rüfət Səfərovun da təqibi başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun