Fransada prezident çıxış edərkən snayper təsadüfən iki nəfəri yaralayıb

Fransada prezident çıxış edərkən snayper təsadüfən iki nəfəri yaralayıb
1 Mart 2017
Mətni dəyiş
Fransada polis snayperi ölkə prezidenti çıxış edən zaman təsadüfən atəş açaraq iki nəfəri yaralayıb.
İnsident Francois Hollande-ın Fransanın qərbində yerləşən Vilonyon şəhərindəki yeni dəmiryol məntəqəsinin açılış mərasimində çıxış edərkən baş verib.
Snaypar mərasim keçirilən ərazinin 100 metrliyində yerləşən binanın damında olub. Bəzi məlumatlara görə, ayağı sürüşən atıcı təsadüfən tətiyi basıb.
Dəmiryol şirkətinin ofisiantı və əməkdaşı ayağından yüngül xəsarət alıb.
Məlumata görə, baş verən insident prezidentin çıxışına bir az ara versə də, qarışıqlıq yaranmayıb.
"Mən ümid edirəm ki, ciddi bir şey baş verməyib", - Hollande bildirib.
Çıxışdan sonra prezident zərər çəkənlərlə görüşüb.
Hadisəylə bağlı istintaq başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun