Facebook istifadəçilər barədə məlumatların izləmə üçün "istifadəsini qadağan edib"

Facebook istifadəçilər barədə məlumatların izləmə üçün "istifadəsini qadağan edib"
14 Mart 2017
Mətni dəyiş
Facebook proqramçılar üçün istifadəçilərin sosial şəbəkələrdəki məlumatlarından müşahidə məqsədilə istifadə olunmasını qadağan edib.
Şirkətin bəyanatına görə, bu yolla o özünün mövcud siyasətini dəqiqiləşdirir.
"Proqram yazanlar nəzarət etmək üçün toplanan məlumatlardan istifadə edə bilməzlər".
Ötən il Amerika Vətəndaş Azadlıqları İttifaqı Facebook və İnstagram-ın istifadəçilər barədə məlumatları hüquq-mühafizə orqanları üçün müşahidə proqramları hazırlayan Geofeedia şirkətinə verdiyini aşkar edib.
Beləliklə, bunun nəticəsində hüquq-mühafizə orqanları mitinqlərdə və aksiyalarda iştirak edənlərə, o cümlədən Ferguson şəhərindəki etiraz nümayişlərinə nəzarət edə bilib.
Bundan sonra şirkət Geofeedia-nın məlumatlara girişini dayandırıb.
Facebook şirkəti əmin edir ki, müşahidə üçün proqramlar yaradanlara və hazırlayanlara qarşı tədbirlər görülüb.
"Bizim məqsədimiz siyasətimizi birmənalı etməkdir", - deyə şirkətin təhlükəsizlik məsələləri üzrə direktor müavinu Rob Sherman bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun