Erdoğan həbs edilmiş jurnalist Deniz Yüceli alman casusu adlandırıb

Erdoğan həbs edilmiş jurnalist Deniz Yüceli alman casusu adlandırıb
4 Mart 2017
Mətni dəyiş
Türkiyə Cümhuriyyətinin prezidenti Recep Tayyip Erdoğan həbs edilmiş türk əsilli alman jurnalisti Deniz Yücelin Almaniyanın casusu olduğunu bildirib.
"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı jurnalistin aylarla Almaniya Federativ Respublikasının konsulluğunda gizləndiyini əlavə edib.
Qeyd edək ki, Deniz Yücelin bazar ertəsi İstanbulda həbs edilməsi rəsmi Berlinlə Ankaranın münasibətlərində müəyyən gərginliyə səbəb olmuşdu. Almaniya kansleri Merkel jurnalistin azad edilməsini tələb etmişdi.
Deniz Yücel terror təşkilatına üzv olmaqda, məlumatların qanunsuz istifadəsində, habelə terrorçuluğun təbliğində şübhəli bilinir.
"O, PKK üzvü olmaqla yanaşı, alman casusudur və bir ay ərzində Almaniya konsulluğunda gizlənib. Bir ay onun bizə verilməsini tələb etdik ki, Deniz Yüceli məhkəmə qarşısına çıxaraq. Lakin onu bizə vermədilər. Mən Merkelə dedim ki, biz nə vaxt terrorçuların təhvil verilməsini tələb ediriksə, siz özünüzün müstəqil və obyektiv məhkəmənizə istinad edirsiniz. Amma biz də öz məhkəməmizə etibar edirik. Sonra onu bizə verdilər və məhkəmə Deniz Yücelin həbsi barədə qərar çıxardı", – deyə Erdoğan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun