Cənubi Koreyanın keçmiş prezidenti həbs edildi

Cənubi Koreyanın keçmiş prezidenti həbs edildi
31 Mart 2017
Mətni dəyiş
Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın He-nin həbs edilməsinə qərar verib. Prokurorluq sabiq prezidentin istintaqın gedişatına təsir edə biləsəyini əsas gətirərək həbs olunmasını tələb edirdi
Abzas.net xəbər verir ki, Cənubi Koreya prokurorluğu məhkəməyə sabiq prezidentin həbs edilməsi ilə bağlı  martın 27-də müraciət etmişdi.
Məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlar ilə razılaşıb. İttihamlar əsasən rüşvət və hakimiyyətdən sui-istifadə etməklə bağlıdır.
Pak Kın He martın ortalarında korrupsiya qalmaqalına görə vəzifəsindən kənarlaşdırılmışdı. Sabiq prezident ittihamları rədd edir. Keçmiş prezident ətrafında qalmaqal 2016-cı ilin oktyabrından qopub.
Kütləvi informasiya vasitələri həmin vaxt ”Samsung” da daxil olmaqla Cənubi Koreya şirkətlərinin dövlətdən dəstək əvəzində keçmiş prezidentin rəfiqəsinin yaratdığı fondlara vəsait köçürmələri barədə məlumatlar yaydılar və bundan sonra ölkədə qalmaqal qopdu.
Korrupsiya qalmaqalı bütün ölkə boyu prezidentin istefası tələbilə kütləvi etiraz aksiyalarına səbəb oldu və sonda Pak Kın He vəzifədən kənarlaşdırıldı.
Cənubi Koreya parlamenti prezidentin vəzifəsindən kənarlaşdırılmasına səs vermişdi.
Yaxın vaxtlarda ölkədə növbədənkənar prezident seçkisi keçirilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun