Birinci mikrorayonda işlər 3 ilə yekunlaşacaq

Birinci mikrorayonda işlər 3 ilə yekunlaşacaq
15 Mart 2017
Mətni dəyiş
"1-ci mikrorayonda işlərə bu il başlanacaq. İşlərin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır". 
Fins.az-ın xəbərinə görə, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, yeni binaların altında 2 mərtəbəli avtomobil qarajları da inşa olunacaq.
"1-ci mikrorayonda mənzilləri sökülən vətəndaşlara yeni evləri hazır olanadək kirayədə qalmaq üçün veriləcək pulun miqdarı onların yaşadıqları mənzillərin sahəsindən asılı olacaq. İnsanlara tam komfortlu mənzillər veriləcək və vətəndaşların köçürülməsinə dövlət özü nəzarət edəcək" - deyə E. Əsədov qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun