Beynəlxalq qurum Azərbaycana sanksiya qoydu və hökumətə vaxt verdi [Tələblər]

Beynəlxalq qurum Azərbaycana sanksiya qoydu və hökumətə vaxt verdi [Tələblər]
10 Mart 2017
Mətni dəyiş
Martın 9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü beynəlxalq idarə heyətinin 36-cı iclasında Azərbaycanın təşkilatdakı statusu ilə bağlı müzakirəni yekunlaşdırıb. 
Abzas.net xəbər verir ki, İdarə Heyəti Azərbaycanın MSŞT-dakı faəliyyətini dayandırıb. Buna səbəb kimi ölkənin vətəndaş cəmiyyətini məhdudlaşdırmağı, təşəbbüsün çoxtərəfli iş və vətəndaş cəmiyyəti protokol tələblərini pozması göstərilir.
MSŞT-nın açıqlamasında deyilir ki, Azərbaycanın vətəndaş cəmiyyəti, xüsusuilə MSŞT-dakı və təbii resurs idarəetməsində çalışanların təhlükəsizliyi təmin etmək indi daha da çətinləşib.
İdarə heyəti bu və digər beynəlxalq təşəbbüslərdə hesabatlılıq üçün vətəndaş cəmiyyəti və ictimai dialoqun vacibliyini vurlayıb.
[caption id="attachment_27564" align="alignnone" width="1000"] MSŞT İdarə Heyəti[/caption]
Hesabatda o da bildirilir ki, Azərbaycan vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinə, QHT-lərin onlara verilən maliyyəni azad şəkildə ala bilməsinə və açıq ictimai dialoqa imkan yaratmalıdır.
İlqar Məmmədov da daxil olmaqla ədalətsiz şəkildə həbs edilmiş, saxlanılmış və ittiham edilmiş siyasi fəalların azad edilməsi bu istiqamətdə vacib addımlar ola bilər.
2017-ci il 26 iyuldan, MSŞT Azərbaycanın islahedici fəaliyyətini 3-cü yoxlama müddətində yenidən qiymətləndirəcək.
Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın məsələsi iki gün idi  müzakirə olunurdu. Martın 8-i, müzakirələrin birinci günündə Azərbaycanla bağlı idarə heyəti konsensusa gələ bilmədiyindən qərar növbəti müzakirəyə saxlanılmışdı.
Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü nədir?
MHŞT neft, qaz və mineral ehtiyatlarla zəngin olan ölkələrdə bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür. Bir çox hallarda bu ölkələrdə yoxsulluq, konflikt və korrupsiya halları müşahidə olunur.
“Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur.
MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Dövlət büdcəsində şəffaflığın təmin edilməsi sahəsində digər cəhdlərlə yanaşı MHŞT, həmçinin vətəndaşların öz hökumətlərindən büdcə gəlirlərinin istifadə edilməsinə dair açıqlama verməsinə nail olduğu bir prosesdir.
MHŞT təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesi şirkətlərinin hökumətə edilən ödənişləri və hökumətin əldə etdiyi gəlirlərinin ictimaiyyətə tam açıqlanması və yoxlanılması yolu ilə təkmilləşdirilmiş idarəetməni dəstəkləyir.
Şəffaflıq Təşəbbüsü dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində bu cəhdlərin həyata keçirilməsinin nəticəsi olaraq 2002-ci ilin sentyabrında keçirilən dünya sammitində irəli sürülüb. Azərbaycan təşəbbüsə 2005-ci ildə qoşulub.
Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edirdi ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun