Berlin muzeyindən 100 kq-lıq qızıl qəpik oğurlanıb

Berlində Bode muzeyindən 100 kq-lıq 3,7 mln avro dəyərində qiymətləndirilən qızıl qəpik oğurlanıb. Bu barədə Die Welt məlumat verir. 
Oğurluq barədə Berlin polisinin twitter hesabından məlumat verilib.
Deutsche Welle-in verdiyi məlumata görə, oğrular müzeyə pəncərədən daxil olmuş, Tramvay yolu ilə aparıblar. Oğurluq aşkar olunduğunda nəqliyyatın hərəkəti dayandırılmış, axtarışa başlanmışdır. Polis oğruların nəzərə çarpmadan necə getdiyini öyrənməyə çalışır.
Qeyd edək ki, 53sm diamterlik eksponatın qalınlığı 3sm-dir. Təmiz qızıldan hazırlanmış və “Böyük ağcaqayın yarpağı” adını almış qəpiyin bir üzündə kraliça II Elizabeth, digər üzündə isə “Kanada” yazısı və üç yarpaq təsvir olunmuşdur.
Bode muzeyi isə Berlin muzey ansamblının bir hissəsidir. Muzeydə Berlində ən böyük numezmatik kolleksiyanın nümayiş edildiyi qəpik otağı yer alır. Hal-hazırda muzey fondu 500 min eksponata sahibdir.

 

Əvvəlki məqaləLe Pen-nin qalib olması avronun qiymətinin düşməsinə səbəb ola bilər
Növbəti məqalədəSlovakiyada iğtişaşların qarşısını almaq üçün maşın hazırlanıb