Belarusda onlarla siyasi fəal həbs edilib

Belarusda onlarla siyasi fəal həbs edilib
25 Mart 2017
Mətni dəyiş
Belarusun iğtişaş polisi müxalifət fəallarının planlaşdırdığı böyük mitinqdən bir neçə saat öncə paytaxt Minskdə insan-haqları fəallarının ofisində reyd keçirib.
Rəsmilər şənbə gününə planlaşdırılmış mitinqə qadağa qoyub. Minskin mərkəzində saxlanılanları daşımaq üçün onlarla polis maşını yerləşdirilib.
Belarus polisi Vesna insan haqları qrupunun ofisində reyd keçirib. Belarusun Helsinki komitəsinin nümayəndəsi Oleq Gulakın bildirdiyinə görə, 30-dan çox fəal saxlanılıb.
Son iki ay ərzində ölkəni 1994-cü ildən idarə edən prezident Aleksandr Lukaşenkonun avtoritar rejiminə qarşı etiraz dalğasının yüksəldiyi müşahidə edilir. Etiraz aksiyalarına ilk mərhələdə dözümlülük göstərdikdən sonra rəsmilər təqiblərə başlayıb. Lukaşenko bu həftə çıxışlarının birində "xarici ölkələrin dəstəklədiyi təşviqatçıların" onu hakimiyyətdən devirməyə çalışdığını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun