Bakıda tozun miqdarı normadan artıqdır

Bakıda tozun miqdarı normadan artıqdır
14 Mart 2017
Mətni dəyiş
Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan, artıq olduğu müəyyən edilib.
Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gündə apardıqları monitorinqlərin nəticələri zamanı məlum olub. Bu haqda Departament bu gün, martın 13-də məlumat yayıb.
Departament bildirir ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinə kimi qalxmasıdır.
“Bu toz hissəcikləri atmosfer axınları ilə Azərbaycana da gəlib”, məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq sabah, martın 14-də atmosfer havasında tozun miqdarı bir qədər də artacaq.
Prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun