Bakıda mikroavtobus və 2 maşın toqquşub - ölən var

Bakıda mikroavtobus və 2 maşın toqquşub - ölən var
24 Mart 2017
Mətni dəyiş
Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, martın 20-də saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub.
İdarəetməni itirən Mustafayevin maşını eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.
Nəticədə A.Hüseynovun sərnişinlərindən Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb, özünə və digər 1 sərnişininə, habelə  M.Mustafayevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun