Bakı-Sumqayıt yolunda ağır qəza baş verib - ölənlər var

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib - ölənlər var
9 Mart 2017
Mətni dəyiş
Bakı-Sumqayıt yolunda baş verən qəzada beş tələbə ölüb.
Bu gün Bakı-Quba magistralının 11-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında baş vermiş dəhşətli qəzada vəfat edən tələbələrin hamısının adı açıqlanıb. Sumqayıt Dövlət Universitetindən Lent.az-a bildirilib ki, qəzada Tarix və Fizika Fakültələrinin tələbəsi olan Nəsibov İbrahim Xəqani oğlu, Quliyev İbrahim Vüqar oğlu, Caniyev Rəşad Füzuli oğlu, Muradova Roza Eynulla qızı və Quliyeva Çinarə Azər qızı vəfat edib.
Xəstəxanalara yerləşdirilmiş tələbələrdən Lalə Nəsibzadənin və Aydan Mürsəlzadənin vəziyyəti daha ağırdır.
***
Bu gün Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəza nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların adları bunlardır:
Babayev Orxan
Mirzəyeva Mina
Qocayev Nicat
Cəfərova Aytən
Əsgərli Oqtay
Fərzəliyeva Xavər
Tağıyev Samir
Cəbiyev Əfsər
Manafov Bəybala
Kərimova Təranə
Həsənov Elgiz
Məmmədov Məhəmməd
Quluzadə Aytən
Baxışova İlahə
Əmani Abbas
Əliyev Elvin
Mürsəlzdə Aydan
***
Bildirilib ki, "Ford tranzit" markalı mikroavtobusun "ZİL"ə çırpılması nəticəsində 3 nəfər hadisə yerində vəfat edib. Ölən və xəsarət alanların əksəriyyəti Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında deyib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: "Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış "Zil" markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun