Azərbaycanda problemli kreditlərin həcmi 11% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 11% artıb
10 Mart 2017
Mətni dəyiş
Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il fevralın 1-nə 1 633,1 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 160,5 mln. manat və yaxud 10,9% çoxdur.
Son bir ildə isə vaxtı keçmiş kreditlər 318,5 mln. manat və yaxud 24,23% artıb.
Qeyd edək ki, bu il fevralın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,78%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci il fevralın 1-də isə 6,20% olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun