Azərbaycan Universitetinin rektoru vəzifəsindən azad olunub

Azərbaycan Universitetinin rektoru vəzifəsindən azad olunub
13 Mart 2017
Mətni dəyiş
Azərbaycan Universitetinə yeni rektor təyin edilib.
“Report”un məlumatına görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib.
Səadət Əliyeva uzun illərdər Azərbaycan Universitetində çalışır. Yeni rektor artıq kollektivə təqdim olunub.
Qeyd edək ki, ali məktəbdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun