Azərbaycan 2018-ci ildə Avrasiya Ali Təhsil Zirvəsinə ev sahibliyi edəcək

Azərbaycan 2018-ci ildə Avrasiya Ali Təhsil Zirvəsinə ev sahibliyi edəcək
23 Mart 2017
Mətni dəyiş
Azərbaycan 2018-ci ildə Avrasiya Ali Təhsil Zirvəsinə (EURİE) ev sahibliyi edəcək.
"Report"un verdiyi məlumata görə, bununla bağlı qərar İstanbulda keçirilən Avrasiya Ali Təhsil Zirvəsində qəbul olunub.
Tədbirdə çıxış edən Türkiyənin Təhsil naziri İsmət Yılmaz Türkiyə və Azərbaycan arasında qarşlıqlı təhsil əməkdaşlığından danışıb və yaxın günlərdə Bakıya səfər edəcəyini açıqlayıb: “Biz Azərbaycanla qardaşıq. Birimizdə nə varsa digərimizdə bu təcrübədən yaralanmalıyıq. Ona görə də, bütün təcrübələrimizi paylaşırıq. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də çox sürətlə inkişaf edən bağlarımız mövcuddur”.
Qeyd edək ki, İstanbul hazırda dünyanın ən böyük Təhsil Zirvəsinə ev sahibliyi edir. Avrasiya Universitetlər birliyi və Türkiyənin təhsil nazirliyiyinin təşkilatçılığı 52 ölkədən 2 minə yaxın, rektorun, professorların, alimlərin,araşdırmacıların qatıldığı beynəlxaq tədbirdə öndəgedən universitetlərin söz sahiblərinin məruzələri dinlənilib.
Təhsil sistemində dünyaya ölkələrinin təcrübələrinin paylaşıldığı zirvənin rəsmi açılışdan sonra qonaqlar 200-dək ali təhsil ocaqlarının yer aldığı sərgi salonunu gəziblər. Tədbirə Türkiyənin Təhsil naziri İsmət Yılmaz da qatılıb.
Beynəlxaq tədbirddə Kipir Türk cumhuriyyətinin təhsil naziri Özdəmir Berova Kipirda təhsil alan Azərbaycanlə tələbələrin uğurlarından danışıb. Universitetlərində mindən çox Azərbaycanlı tələbənin olduğunu açıqlayan nazir Kipirin artıq universitet şəhərciyinə çevrildiyini deyib.
Təhsil zirvəsində fərqli ölkələrindən gələn rektorların qarşılıqlı görüşlər keçirilib, məruzlər dinlənilib. Təhsil zirvəsində Azərbaycanı təmsil edən dövlət və özəl Universitetlərlə yanaşı, Türkiyə və Azərbaycan arasında tələbə əkəmdaşlığını həyata keçirən təşkilatlar da iştirak edir.
Təhsil zirvəsi mart ayının ayın 24-nə qədər ziyarətə açıqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun