Avropa Liqasında 1/4 finala bütün vəsiqələrin sahibləri müəyyənləşib

Avropa Liqasında 1/4 finala bütün vəsiqələrin sahibləri müəyyənləşib
17 Mart 2017
Mətni dəyiş
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib.
"Report"un məlumatına görə, 1/8 final mərhələsinin son 5 cavab görüşü meydan sahibləri üçün uğurlu alınıb.
İngiltərənin "Mançester Yunayted", Belçikanın "Anderlext", Hollandiyanın "Ayaks" və İtaliyanın "Roma" klubları qələbə qazanıb. Lakin "Roma"ya Fransa "Lion"u üzərində qələbə kifayət etməyib. 1/4 finala "Lion" yüksəlib. Bundan başqa, Almaniya "Şalke"si ölkənin digər təmsilçisi "Borussiya" (Mönhenqladbax) komandası ilə səfər heç-heçəsi sayəsində mərhələ adlayıb.
Avropa Liqası, 1/16 final
Cavab görüşləri
16 mart
22:00. "Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 4:1
Qollar: Vinsent Abubakar, 10. Rayan Babel, 22; 75. Cenk Tosun, 84 - Tarik Elyunussi, 31
Qırmızı vərəqə: Vinsent Abubakar, 39 ("Beşiktaş")
Baş hakim: Maykl Oliver (İngiltərə)
İstanbul, "Vodafone Arena"
İlk oyun - 1:1
22:00. "Krasnodar" (Rusiya) - "Selta" (İspaniya) - 0:2
Qol: Uqo Mallo, 52. Yaqo Aspas, 80
Qırmızı vərəqə: Şarl Kabore, 86 ("Krasnodar")
Baş hakim: Ruddi Buke (Fransa)
Krasnodar stadionu
İlk oyun - 1:2
22:00. "Genk" (Belçika) - "Gent" (Belçika) - 1:1
Qol: Timati Kastanyi, 20 - Luis Verstraete, 84
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Genk, "Luminus Arena"
İlk oyun - 5:2
17 mart
00:05. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Şalke" (Almaniya) - 2:2
Qollar: Andreas Kristiansen, 26. Mahmud Dahud, 45+2 - Leon Qoretska, 54. Nabil Bentaleb, 68-penalti ilə
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Mönhenqladbax, "Borussia-Park" stadionu
İlk oyun - 1:1
00:05. "Anderlext" (Belçika) - APOEL (Kipr) - 1:0
Qol: Frank Açimponq, 65
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Brüssel, "Konstant Vanden Stok" stadionu
İlk oyun - 1:0
00:05. "Ayaks" (Hollandiya) - "Kopenhagen" (Danimarka) - 2:0
Qollar: Bertrand Traore, 23. Kasper Dolberq, 45+3 - penalti ilə
Baş hakim: İvan Krujlyak (Slovakiya)
"Amsterdam ArenA"
İlk oyun - 1:2
00:05. "Roma" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar: Kevin Strotman, 17. Lukas Tusar, 60-öz qapsına - Muktar Diaxabi, 16
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Roma, "Olimpiko" stadionu
İlk oyun - 2:4
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Rostov" (Rusiya) - 1:0
Qol: Xuan Mata, 70
Baş hakim: Gediminas Majeyka (Litva)
Mançester, "Old Trafford" stadionu
İlk oyun - 1:1
Daha əvvəl Türkiyənin "Beşiktaş", İspaniyanın "Selta" və Belçikanın "Genk" komandaları da mərhələ adlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun