Ağ Evin zonasına keçməyə cəhd edən şəxs dərhal ələ keçirilib

Ağ Evin zonasına keçməyə cəhd edən şəxs dərhal ələ keçirilib
19 Mart 2017
Mətni dəyiş
ABŞ-ın kəşfiyyat xidmətinin əməkdaşları Ağ Evin hasarını aşan şəxsi dərhal ələ keçirib.
Həmin vaxt prezident Tramp iqamətgahında olmayıb. O, Floridadakı evidə həftə sonu keçirir.
Ağ Evin sözçüsü Şon Spayder Twitter hesabında kəşfiyyat xidmətinə çevik əməliyyatına görə təşəkkürünü bildirib.
Ağ Evin təhlükəsizlik zonasını keçmək cəhdi kaliforniyalı şəxsin Ağ Evin hasarını aşmasından 8 gün sonraya təsadüf edir. O, təqdibən 17 dəqiqə azad şəkildə həyəti gəzib.
Budəfəki şəxs isə 2 dəqiqə ərzində həbs edilib.
Həmin şəxsin bu əməlinin motivləri bəlli deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun