ABŞ-da yeni nazirin sözləri çaşqınlıq yaradıb

ABŞ-da yeni nazirin sözləri çaşqınlıq yaradıb
7 Mart 2017
Mətni dəyiş
ABŞ-ın Tikinti və Şəhər İnkişafı naziri Ben Karson bazar ertəsi etdiyi çıxış zamanı auditoriyanı çaşqın vəziyyətə salıb. Buna səbəb yeni təyin edilmiş nazirin 400 il öncə Amerikaya gətirilən qulları “immiqrant” adlandırması olub.
Karson ilk iş günü nazirlik əməkdaşları qarşısında çıxış edərək Amerikanın gələnlər üçün “arzular və imkanlar məkanı” olduğu haqda danışıb.
“Bura köçənlər arasında qul gəmilərində gələn, digərlərindən daha çox işləməyə məcbur edilən və daha az qiymətləndirilən insanlar da olub. Buna baxmayaraq, onlar da gələcəkdə öz övlandlarının və nəvələrinin firavanlıq və xoşbəxtliyə nail olacağını arzu edirdilər.”
Tədbirdən sonra nazirliyin sözçüsü bildirib ki, auditoriyada heç kəs Karsonun könüllü immiqrasiya ilə məcburi köləliyi eyniləşdirdiyi qənaətinə gəlməyib.
ABŞ-ın ən mötəbər insan hüquqları təşkilatlarında biri olan “Qaradərililərin İnkişafı Assossiasiyası” Twitter vasitəsilə Karsonun bu sözlərinə çox qısa bir sualla reaksiya verib: “İmmiqrantlar?”
Uzun illər nevrocərrah kimi çalışmış Karson boşanmış anasının iki işdə çalışaraq onu hansı əziyyətlərlə böyütdüyünü dəfələrlə qeyd edib.
Karson keçən il Respublikaçılar Partiyası daxilində prezidentliyə iddialılardan biri idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun