ABŞ-da məhkəmə Trump-ın yeni miqrasiya fərmanının icrasını dayandırıb

ABŞ-da məhkəmə Trump-ın yeni miqrasiya fərmanının icrasını dayandırıb
16 Mart 2017
Mətni dəyiş
ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trump-ın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb.
APA-nın verdiyi xəbərə görə, qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.
Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idi. Havay məhkəmə vasitəsilə Trump-ın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.
Martın 6-da ABŞ prezidenti Donald Trump miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun