8 mart Beynəlxalq Qadınlar günü [Tarix - fotolar]

8 mart Beynəlxalq Qadınlar günü [Tarix - fotolar]
8 Mart 2017
Mətni dəyiş
Dünyanın əksər ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət və sevgi tərənnümünü ənənəvi hala gətirmiş bayram kimi qəbul edilib. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı olaraq bu tarix qəbul edilir.
8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirir. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" olur. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifahı ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutub. Bu Amerika Sosialist Partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.
1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirir.
1857-ci il hadisələrdən 52 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında alman sosialist qadın Klara Setkin Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü qeyd edilməsini təklif edir və təklif qəbul edilir.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
1911-ci il Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilib. 1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutur. Böyül ehtimalla ona görə ki, həmin gün bazar günü olub və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur.
[caption id="attachment_27312" align="alignnone" width="1024"] Klara Setkin (soldan ikinci) və (ondan sağda) Roza Lüksenburq[/caption]
1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü keçirilir. Silvia Pankurst (Sylvia Pankhurst) Çaring Kross stansiyasının qarşısında nitq söyləməkçün Trafalqar meydanına gedərkən həbs olunur.
1917-ci ilin fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoyur. Həmin gün qadınlar Sankt-Peterburqda "Çörək və Sülh" üçün I Dünya Müharibəsinin Rusiyadakı ərzaq qıtlığının və Çarizmin sona çatmasını tələb edərək tətilə çıxırlar.
Lev Trotski yazırdı ki, "23 fevral (8 mart) Beynəlxalq Qadınlar günü idi və üfüqdə yeni mitinqlər və aksiyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü, amma tarixsiz şəkildə. Lakin səhər əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etməkçün öz nümayəndələrini göndərdilər... bu kütləvi tətilə apardı... hamı küçələrə axışdı".
Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontay və Vladimir Lenin bunu SSRİ-də rəsmi bayram elan etdilər, amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi.
1917-ci ildə Çar Rusiyasında qadınlar pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
[caption id="attachment_27313" align="alignnone" width="1500"] 1970-ci il, paytaxt Vaşinqtonda qadın haqları ilə bağlı yürüş[/caption]
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart sadəcə qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra  qeyd edilməyə başlayıb. Həmin il Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları günü kimi qəbul olunmasına dəvət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun