Ərdoğanın sözçüsü: Almaniya Güləni dəstəkləyir

Ərdoğanın sözçüsü: Almaniya Güləni dəstəkləyir
19 Mart 2017
Mətni dəyiş
Almaniyanın kəşfiyyat agentliyinin ABŞ-da qərargahlanan Gülənin keçən il dövlət çevrilişinə cəhdində rolu ilə bağlı şübhələrini bildirməsi Berlinin cəhdin təşkilatçısını dəstəklədiyini göstərir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalin CNN Türk tele kanalına canlı yayımlanan müsahibəsi zamanı deyib.
Almaniyanın Der Spiegel jurnalında şənbə günü ölkənin xarici kəşfiyyat agentliyi BND-nin rəhbəri ilə dərc olunmuş müsahibədə o, Türkiyə hökumətinin Fətullah Gülənin çevrilişə görə məsuliyyət daşıdığını sübuta yetirə bilmədiyini bildirib.
"Türkiyə bizi bütün səviyyələrdə buna əmin etməyə çalışıb, amma indiyə kimi buna nail olmayıb"-deyə Bruno Kahl bildirib.
İbrahim Kalin deyib ki, bu açıqlamalar Berlinin çevrilişə dəstək verdiyini sübut edir.
Almaniya və Türkiyə arasında rəsmi Berlin Türkiyənin bəzi nazirlərinin gələn ay referendumdan əvvəl ölkədə yaşayan türklərin keçirdiyi mitinqdə çıxış etməsinə imkan verməməsindən sonra diplomatik gərginlik yaşanır. Almaniya rəsmiləri nazirlərin iştirakına təhlükəsizlik səbəbi ilə icazə verilmədiyini bildirib.
İbrahim Kalin Türkiyə nazirlərinin aprelin 16-da konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan öncə daha bir mitinq keçirməyə çalışacaqlarını deyib.
Bu, Berlinlə münasibətlərdə daha artq gərginliyin yaranmasına gətirib çıxara bilər.
Almaniya və Niderlandın Türkiyə nazirlərinin bu ölkələrdə yaşayan türklərin mitinqlərində çıxışlarına təhlükəsizlik səbəbi ilə icazə verməməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılanıb.
İbrahim Kalin CNN tele kanalına deyib ki, Ankara Qərbin səhvlərini göstərdikcə Avropada "Türkofobiya" güclənir. O, Türkiyənin xarici investorlar üçün əlverilşli bir ölkə olaraq qaldığını əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun