Yunanıstan yenidən dərin bir böhrana sürüklənir?

Yunanıstan yenidən dərin bir böhrana sürüklənir?
10 Fevral 2017
Mətni dəyiş
Avropa Birliyi bir tərəfdən immiqrant böhranı ilə digər tərəfdən Brexit-ə həll yolu axtararkən Yunanıstan böhranı yenidən ortaya çıxdı.
"Euronews" xəbər verir ki, avro bölgəsi və Beynəlxalq Valyuta Fondu mövzu ilə əlaqədar bölünmüş vəziyyətdədir.
Beynəlxalq Valyuta Fondunun yayımladığı yeni hesabatda Yunanıstanın borcunun olduqca ağır olduğu, borcun azaldılması halında büdcə hədəflərinə bağlı qalmanın mümkün olmayacağı ifadə edilib. Ancaq avropalılar Beynəlxalq Valyuta Fondunun tövsiyələri ilə razılaşmaq istəmir. Yunan xalqının son dövrdə irəliləmə qeyd etdiyi bildirilir.
Almaniya Maliyyə Naziri Wolfgang Schauble mövzu ilə bağlı açıq və dəqiq danışıb: "Yunanıstan üçün avro bölgəsində borcun yüngülləşdirilməsi söz mövzusu deyil. Beynəlxalq Valyuta Fondu olmadan Yunanıstan üçün hər hansı bir proqram hazırlana bilməz".
Qeyd edək ki, növbəti həftə avro bölgəsi maliyyə nazirləri mövzuilə bağlı görüşəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun