UEFA Kiyev "Dinamo"sunu və "Beşiktaş"ı böyük məbləğdə cərimələyib

UEFA Kiyev "Dinamo"sunu və "Beşiktaş"ı böyük məbləğdə cərimələyib
27 Fevral 2017
Mətni dəyiş
Ukraynanın "Dinamo" (Kiyev) və Türkiyənin "Beşiktaş" klublarının hər biri 60 min avro məbləğində cərimələnib.
"Report"un məlumatına görə, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar verib.
Səbəb kimi iki komanda arasında Çempionlar Liqasının qrup mərhələsinin son tur matçında azarkeşlərin davranışları səbəb olub. Həmin qarşılaşmada kiyevlilər 6:0 hesabı ilə qalib gəliblər.
Daha əvvəl UEFA "Dinamo"nu görüşə lazımi səviyyədə hazırlaşmamaqda və tribunalarda təhlükəsizliyi təmin etməməkdə günahlandırıb. "Beşiktaş" isə azarkeşlərinin yolverilməz davranışları üzündən cəzalanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun