"Twitter" və "Facebook" əngəlləmələrinə qarşı yeni tətbiqetmə

"Twitter" və "Facebook" əngəlləmələrinə qarşı yeni tətbiqetmə
10 Fevral 2017
Mətni dəyiş
"Twitter" bəzi ölkələrdə davamlı olaraq əngəllənməsindən qaynaqlanan zərəri aradan qaldırmaq məqsədi ilə, "Ooniprobe" adında yeni tətbiqetmə yaradıb.
CNN-nin xəbərinə görə, layihə 2012-ci ildə "Tor Project" tərəfindən tanıdılıb.
"Ooniprobe" adı verilən tətbiqetmə ilə internetə müdaxilə və senzura təqib edilə biləcək və istifadəçi bundan xilas olma mövzusunda məlumatlandırılacaq.
Aralarında "Facebook", "Twitter" və "WhatsApp"-ın da olduğu 1200 internet saytını test edən tətbiqqetmə eyni anda 10 və ya 20 saytı 90 saniyə ərzində test edə bilir. Test nəticəsində əngəlləndiyi aşkarlanan saytlar qırmızı, sərbəst saytlar isə yaşıl rəngdə işarələnir.
Tətbiqetmə yalnız qadağa edilən saytları deyil, o saytların necə qadağan edildiyini və qadağanı aşma üsullarını də istifadəçiyə bildirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun