Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı daha 4,5 min dövlət qulluqçusu işdən çıxarılıb

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı daha 4,5 min dövlət qulluqçusu işdən çıxarılıb
8 Fevral 2017
Mətni dəyiş
Türkiyədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar daha 4464 nəfər dövlət qulluqçusu işdən çıxarılıb.
Report-un məlumatına görə, bu barədə "Resmi Gazete" xəbər verib.
Məlumatda bildirilir ki, fövqəladə vəziyyət rejimi çərçivəsində 2585 nəfər təhsil işçisi, jandarmeriyanın 893 və təhlükəsizlik xidmətlərinin 417 əməkdaşı hökumətin qərarı işdən çıxarılıb.
Xatırladaq 2016-cı ilin 16 iyulunda Türkiyədə Fətullah Gülən başqda olmaqla, qiyamçılar qrupu hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda baş verib. Qarşıdurmalar zamanı 240-dan çox ölkə vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb.
Qiyam yatırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun