Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib

Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib
10 Fevral 2017
Mətni dəyiş
Türkiyə Milli Təhsil Nazirliyindən 33 065 nəfər işdən azad edilib.
Report-un məlumatına görə, bunu təhsil naziri İsmət Yılmaz "Anadolu"ya müsahibəsində bildirib.
“Onları işdən çıxarmaqdan məmnun deyilik. Ancaq bundan başqa çarə yoxdur. Əgə siz onları qanunsuz elan etməsəniz, o zaman Rusiyanın Türkiyədəki səfirinə edilən sui-qəsd kimi hadisələr, hətta daha faciəli hadisələrlə qarşı-qarşıya qala bilərsiniz”, - deyə o vurğulayıb.
Nazir deyib ki, 7 210 nəfər isə sərəncamdadır və onların iyulun 15-dəki dövlət çevrilişinə cəhdlə əlaqəsinin olub-olmaması araşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun