Trump tənqidi mediaya qadağa qoydu, addımı etirazla qarşılandı

Trump tənqidi mediaya qadağa qoydu, addımı etirazla qarşılandı
25 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump həyata keçirdiyi siyasəti tənqid edən mətbuat orqanlarını yalan yaymaqda ittiham etdikdən sonra indi də Ağ Evdə "senzura tətbiq" etməyə başlayıb.  
Fevralın 24-də Ağ Evdə əvvəldən elan edilən mətbuat konfransına gedən bəzi müxbirlər qapıda sürprizlə qarşılaşıb.
Həmin jurnalistlər konfransın keçiriləcəyi salonun qapısından içəri buraxılmayıblar. Qapı arxasında qalan nüfuzlu mətbu orqanlar arasında “New York Times” və CNN kimi media nəhəngləri də var. Onlara bir daha Ağ Evdəki mətbuat yığıncaqlarına buraxılmayacaqları bildirilib.
“Politico”, BBC, “Los Angeles Times”, “Buzzfeed Times” da Ağ Evin sözçüsü Sean Spicerin keçirdiyi mətbuat konfransına buraxılmayanlar arasındadır. Ağ Evin bu qərarına cavab olaraq girişinə icazə verilən bəzi media nümayəndələri etiraz üçün yığıncağa qatılmayıb. “Associated Press” və “Time”ın əməkdaşları da qərara etiraz edərək, konfransa qatılmayıblar.
Ağ Ev Jurnalistlər Birliyi rəhbəri Jeff Mason hadisə ilə bağlı açıqlamasında müxbirlərin mətbuat konfransına buraxılmamasını sərt tənqid edib, azad media və şəffaf idarəçiliyi ABŞ-ın ən vacib prinsiplərindən olduğunu deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun