Trump danışdı, ABŞ birjaları rekord qırdı

Trump danışdı, ABŞ birjaları rekord qırdı
10 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump bir neçə həftə ərzində vergi islahatı mövzusunda önəmli açıqlama edəcəyini bildirib.
Amerikan iş dünyası ilə təmaslarını davam etdirən Trump Ağ Evdə hava yolu şirkətlərinin rəhbərliyi ilə bir araya gəlib.
"Anadolu Agentliyi"-nin məlumatına görə, Trump iclasda amerikan müəssisələrinə rahatlaşdıracaq addımları atmağa qərarlı olduqlarını ifadə edərək bunları qeyd edib:
"Amerikan iş yerlərinin ümumi vergi yükünü azaltmaq böyük bir addımdır və işlər yolunda gedir. Təyin olunan təqvimin çox önündə olduğumuza inanıram. Qarşıdakı iki və ya üç həftə içində vergi baxımından fövqəladə bir şey açıqlayacağıq".
Trump-ın vergi islahatı haqqındakı şərhləri, New York birjasında əməliyyat görən səhmlərə müsbət təsir göstərib.
Standard and Poor 's 500 və Nasdaq Texnologiya indeksləri, 0,7 % artımla bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Eyni şəkildə, Dow Jones indeksi 150 ballıq artımla 20.200 balı aşaraq rekord qırıb.
Trump-ın şərhinin ardından dollar rəqibləri qarşısında yüksələrkən, günə 1,07-nin üzərində başlayan avro / dollar cütü 1,0656 səviyyələrinə geriləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun