Trump-dan Yaponiyaya tam dəstək

Trump-dan Yaponiyaya tam dəstək
12 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidenti Donald Trump ballistik raket sınağı həyata keçirən Şimali Koreyaya qarşı Yaponiyanın arxasında olduqlarını ifadə edib.
Trump ABŞ-da rəsmi səfərdə olan Yaponiya baş naziri Şinzo Abe ilə Florida ştatında Şimali Koreyanın ballistik raket sınağı iddiasıyla bağlı mətbuat konfransı təşkil edib.
NTV xəbər verir ki, Şimali Koreyanın son addımıyla əlaqədar önəmli ifadələrin istifadə edildiyi qısa mətbuat konfransında Trump, ABŞ-ın Yaponiyaya olan dəstəyini bir dəfə daha vurğulayaraq, "Amerika Birləşmiş Ştatları böyük müttəfiqi Yaponiyanın sonuna qədər arxasındadır", - deyə qeyd edib.
Yaponiya baş naziri Abe isə Şimali Koreyanın raket sınaqdan keçirməsiylə əlaqədar olaraq, "Şimali Koreyanın son raket sınağı qəti şəkildə qəbul edilə bilməz. Şimali Koreya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) mövzu ilə bağlı qərarlarına tam şəkildə uyğun hərəkət etməlidir", - deyə bildirib. Abe, Trump-ın özlərinə Şimali Koreya mövzusunda "zəmanət" verdiyini də ifadə edib.
Qeyd edək ki, Trump-ın cümə günü Ağ Evdə qarşıladığı Abe, İngiltərə Baş naziri Theresa May-dən sonra Trump rəhbərliyinin qonaq etdiyi ikinci xarici dövlət nümayəndəsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun