"Torqovı"da tək adamın aksiyası - [Video]

"Torqovı"da tək adamın aksiyası - [Video]
13 Fevral 2017
Mətni dəyiş
Xırdalan şəhərində meyvə-tərəvəzin topdan satışı ilə məşğul olduğunu bildirən iş adamı Kərim Kərimli fevralın 13-də Bakının “Torqovı” kimi tanınan Nizami küçəsində etiraz aksiyası keçirib. O, AzadlıqRadiosu-na narazılığını belə izah edib:
“2015-ci ildə manatın ikinci devalvasiyasından sonra onsuz da güzəranımız pisləşib. Hakimiyyət təmsilçiləri insanlara dolanışıq üçün şərait yaratmaq əvəzinə, əksinə əldə etdiyimiz 5-3 manata da gözünü dikib”.
Onun sözlərinə görə, uzun illər, meyvə-tərəvəz topdan satışı ilə məşğul olub. Bu illər ərzində çoxlu haqsızlıqlarla üzləşib.
K. Kərimli deyir ki, sahə müvəkkilləri, icra nümayəndələri onu işləməyə qoymayıblar. Çatan ondan “haqq” istəyib. Sonra da monopoliyalar işləməyə imkan verməyib.
K. Kərimli etiraza təkbaşına gəlməsinə də aydınlıq gətirib: “Mən tək deyiləm, bir neçə topdan satışla məşğul olanlar mənimlə bura gəlməli idilər. Bir neçə nəfərə təzyiq göstərdilər, onlar da gəlmədi. Mən tək gəlmişəm ki, etirazımı ifadə edim”.
K. Kərimli deyib ki, tək Xırdalan şəhərini yox bütün ölkəni inhisarlar nəzarətə götürüb. Onun sözlərinə görə, məqsədi buna etiraz etməkdir.
Jurnalistlərə açıqlamasından sonra K. Kərimli saxlanaraq naməlum istiqamətə aparılıb.
Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən və Xırdalan şəhərinin yerli hakimiyyət qurumlarından münasibət almaq mümkün olmayıb.
[embed]https://youtu.be/is5MCyh-vXA[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun