Tarif Şurası 15 gün ərzində imtahan ödənişinin məbləğini müəyyənləşdirəcək

Tarif Şurası 15 gün ərzində imtahan ödənişinin məbləğini müəyyənləşdirəcək
10 Fevral 2017
Mətni dəyiş
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında bəzi məsələlər barədə sərəncam imzalayıb.
Abzas.net xəbər verir ki, sənəd Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun