Suriyada bir həftədə 20 uşaq ölüb

Suriyada bir həftədə 20 uşaq ölüb
12 Fevral 2017
Mətni dəyiş
Suriyada atəşkəsə baxmayaraq son bir həftədə 20 uşağın həyatını itirdiyi bildirilir.
Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNICEF) Suriyadakı bütün tərəflərə uşaqlara tibbi yardım və humanitar dəstək təmin edilə bilməsi üçün maneəsiz və şərtsiz giriş icazəsi verilməsi çağırışını təkrarlayıb.
"Anadolu Agentliyi" xəbər verir ki, UNICEF-in bölgə direktoru Geert Cappelaere verdiyi açıqlamada, Suriyada son bir həftədəki şiddətli olaylar səbəbindən 20 uşağın öldüyünü, bəzi uşaqların yaralandığını ifadə edərək, "İdlib-də həftə başındakı hadisələr səbəbiylə 16-sı uşaq, 30 nəfər öldü. Ölənlərin bəziləri Hələbdəki döyüş zamanı yaşadığı yerdən qaçanlar idi", - deyə qeyd edib.
Humusun "Zəhra" və "Vare" bölgələrində baş verən hücumlarda isə 4 uşağın həyatını itirdiyi və 5-nin yaralandığı məlumatını paylaşan Cappelaere, bu şiddət hadisələrinin 30 dekabrda qüvvəyə minən atəşkəs razılaşmasından bu yana "ən ağır" olaylar ola biləcəyini vurğulayıb.
Cappelaere şiddətin bir an əvvəl dayandırılması lazım olduğunu vurğulayaraq, "Uşaqların öldürülməsi və yaralanması, uşaq hüquqlarına istiqamətli ən ağır hücumlardan biridir" ifadələrindən istifadə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun