Siyasi məhbus Bayram Məmmədov 13 saylı CÇM-nə köçürülüb

Siyasi məhbus Bayram Məmmədov 13 saylı CÇM-nə köçürülüb
19 Fevral 2017
Mətni dəyiş
Nidaçı siyasi məhbus Bayram Məmmədov 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb. 
Abzas.net xəbər verir ki, fəalın vəkili Elçin Sadıqovun məlumatına görə, "heykəl məhbusu" 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı ilin mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov 2016-cı ilin oktyabrın 25-də, Bayram Məmmədov isə 2016-cı ilin dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Hər iki gənc ittihamları rədd edir və həbslərinin səbəbini Heydər Əliyevin doğum günü heykəlinə “Qul bayramınız mübarək” yazdıqlarına görə həbs edildiklərini bildirirlər.
"Əsgər ölümlərinə son!" mitinqlərinə görə hazırda həbsdə olan nidaçı fəal İlkin Rüstəmzadə də 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun