Separatçıların məhşur komandiri öldürülüb

Separatçıların məhşur komandiri öldürülüb
8 Fevral 2017
Mətni dəyiş
Ukraynanın separatçı Donetsk vilayətindəki “Somali” batalyonunun komandiri Mixail Tolstıx partlayış nəticəsində həlak olub.
AzadlıqRadiosu-nun məlumatına görə, bu barədə “İnterfaks” agentliyi Donetskdəki hərbi mənbələrə istinadla xəbər verir.
Məlumata görə, Givi ləqəbi ilə tanınan Tolstıxın Donetsk ətrafındakı kabinetində partlayış, bunun ardıncaisə yanğın baş verib.
Mənbə bunun Kiyev tərəfindən təşkil olunduğunu istisna eləmir.
“Tolstıx son günlər öz batalyonu ilə Donetskdə gedən gedən silahlı toqquşmalarda iştirak edib”, deyə mənbə bildirib.
Qondarma “Donetsk Xalq Respublikası”nın hərbi rəhbərliyindən verilən məlumata görə, partlayış təxminən səhər saat 6 radələrində baş verib.
Mixail Tolstıxın batalyonu Slavyansk, İlovaysk və Donetsk hava limanında gedən döyüşlərdə də yaxından iştirak edib.
Xatırladaq ki, 2016-cı il oktyabrın 16-da Donetskdə “Motorolla” kimi tanınan “Sparta” batalyonunun komandiri Arsen Pavlov da liftdə törədilən partlayış nəticəsində həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun