"Sberbank": Azərbaycan Belarusa nefti endirimlə satmayacaq

"Sberbank": Azərbaycan Belarusa nefti endirimlə satmayacaq
20 Fevral 2017
Mətni dəyiş
Belarus Rusiya neftinə alternativ tapa bilməyəcək.
APA xəbər verir ki, bunu "Sberbank CIB"-in analitiki Valeri Nesterov TASS agentliyinə açıqlamasında bildirib.
Analitikin sözlərinə görə, İran nefti Rusiyadan nəql olunan "qara qızıl"ı nə iqtisadi, nə də keyfiyyət baxımından əvəzləyə bilməz: "Təbii ki, il baxışdan İran maraqlı tərəfdaşdır - onlar Vyanada  OPEC üzvləri və kartelə daxil olmayan ölkələr tərəfindən əldə olunan razılaşmaya əsasən neft hasilatını artıra bilər. Lakin onların dempinq imkanları o qədər də böyük deyil. Belə ki, onların satışlarını spot qiymətlərinə uyğun şəkildə həyata keçirir".
V.Nesterov qeyd edib ki, İran neftinə tətbiq olunan endirim 2-4 dollar ətrafında dəyişə bilər: "Bundan artığını onlar edə bilməz".
Analitik əlavə edib ki, iqtisadi baxımdan Belarus üçün Rusiya neftindən yaxşı variant yoxdur. "Belarus Rusiya neftini rüsumsuz alır. Alınan neft emal olunur və başqa ölkələrə ixrac olunur. İxracdan əldə olunan neft Belarusun dövlət büdcəsində əhəmiyyətlə paya malikdir", - deyə o bildirib.
Qeyd edək ki, 2016-cı ildə Belarus Azərbaycandan 560 min ton neft alıb. Lakin "Reuters" agentliyinin məlumatına əsasən, cari ilin yanvarında SOCAR ixracı dayandırıb.
Analitik qeyd edir ki, Azərbaycan nefti Belarusda fəaliyyət göstərən neft emalı zavodları üçün daimi xammal rolunu oynaya bilməz. Səbəblərə gəlincə, V.Nesterov deyir ki, Azərbaycanın bu qədər artıq nefti yoxdur: "Azərbaycanda hasilat azalır. 2020-ci ilədək hasilatın bir neçə faiz azalacaq. Azərbaycan çətinliklə Bakı-Tbilisi-Ceyhan kəmərini doldurur. Azərbaycan neftinin keyfiyyəti yüksəkdir, lakin onlar endirim edəsi deyil".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun