Sarkisian seçkiyə "köhnə qurdlar"la gedir

Sarkisian seçkiyə "köhnə qurdlar"la gedir
14 Fevral 2017
Mətni dəyiş
“Artıq, ölkəmizdə yeni siyasi mədəniyyət formalaşması prosesinə başlandığını deyə bilərik”.
Bunu Ermənistan prezidenti Serzh Sarkisian bir il əvvəl konstitusiya düzəlişlərindən danışarkən demişdi. Amma müxalifət deyir ki, Sarkisianın rəhbərlik etdiyi hakim “Respublika partiyası” nın siyahısı göstərir ki, əslində bu rejim yenə elə əvvəlki şəxslərdən ibarətdir.
AzadlıqRadiosu Ermənistan xidməti yazır ki, Sarkisianın rəhbərlik etdiyi seçki siyahısına deputat-biznesmen Samvel Aleksanyan da düşüb ki, o, 3 saylı seçki dairəsindən mübarizə aparacaq. Mənbə yazır ki, 2003-cü ildən deputat olan Aleksanyan həmişə hakimiyyətin tərəfində olub.
Müxalifət onu daima seçicilərə rüşvət paylamaqda və siyasi rəqiblərə qarşı zorakılqda ittiham edir. Müxalifətçi Nikol Paşinyan 2012-ci il seçkilərində onun mübarizə apardığı seçki dairəsinə daxil olan Malatiya-Sebastiya rayonunu “Osvensim” nasist düşərgəsinə bənzətmişdi.
Hakim partiyanın siyahısına deputat Arakel Movsisyan da düşüb və bu dəfə o, Armavir vilayətinin daxil olduğu 6 saylı seçki dairəsindən mübarizə aparacaq.
[caption id="attachment_24494" align="alignnone" width="650"] Arakel Movsisyan[/caption]
Movsisyan müxalifəti “baş kəsmək və zorlamaqla” hədələyən, həmçinin parlamentdə müxalif deputatları təhqir edən bir deputat kimi tanınır. Məsələn, o deyib: ”Onları öz yerlərində oturmağa çağırıram. Allah eləməsin, əgər tutsaq, mütləq zorlanacaqlar”.
Mənbə yazır ki, Movsisyan ötən 5 il ərzində parlamentdə bir dəfə də olsun sual verməyib, çıxış etməyib. Hakim partiyanın seçki siyahısınaofşor qalmaqalında adı hallanan və buna görə cinayət məsuliyyətinə cəlb olunan Mihran Poghosianın da adı salınıb.
O, Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına nəzarət orqanının keçmiş rəisidir və bu yaxınlarda ona qarşı açılan cinayət işi bağlanıb.
Mihran Poghosian 3 rayonu birləşdirən 1 saylı seçki dairəsindən mübarizə aparacaq. Hakim “Respublika partiyası”nın siyahısına SAS supermarketlər şəbəkəsinin “Sasi” kimi tanınan sahibi Artak Sargsyan da düşüb. Yeri gəlmişkən o, ötən həftə ilk dəfə parlamentdə çıxış etməyə cəhd göstərdiyinə görə, mətbuatın diqqət mərkəzinə düşüb. Amma mirkaron işləməyib.
Deyilənlərə görə Artak Sarqsyan da deputat olduğu 5 il ərzində bir dəfə də olsun parlamentdə çıxış etməyib.
Mənbə yazır ki, deputatlıq uğrunda yenidən Ermənistanın polis rəisi Vladimir Gasbaryanın kürəkəni Artur Gevorkyan və Yerevan meri Taron Markaryanın qaynı Robert Sargstan da mübarizə aparacaqlar ki, onlar da bir dəfə olsun parlamentin iclaslarında ağızlarını açmayıblar. Müxalifətdə olan “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabian yada salır ki, onların partiyası daima deyirdi ki, Serzh Sarkisianın elədiyi konstitusiya düzəlişləri hakimiyyətin saxlanmasına yönəlib.
Yəni əslində proporsional sistem adı altında, daima hakimiyyətlə əməkdaşlıq edən yerli avtoritetlərin üstünlük qazandığı həmən majoritar sistem işləyəcək.
“Bu elə eyni hakimiyyət, həmən rejim, eyni şəxslərdir. Yalnız eyni şeyin həyata keçirilməsi üsulları dəyişir, yenə də köhnə çirkli şeylər edilir” Zurabian AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində deyib.
[caption id="attachment_24496" align="alignnone" width="650"] Levon Zurabian[/caption]
Zurabian deyir ki, onlarda olan məlumata görə hakimiyyət artıq indidən seçiciləri ələ almağa, onlara pul paylamağa başlayıb. Amma Zurabian məbləğin artdığını deyir-bir səsə görə təxminən 200 dollar.
“İrs” partiyasının sədr müavini Armen Martirosiansa deyir ki, Sarkisian yenidən seçkiyə eyni adamlarla getməklə, hakimiyyətini möhkəmləndirmək istəyir.
Martirosian deyir ki, hakimiyyət konstitusiya düzəlişləri ilə ölkənin siyasi və seçki sisteminə qarşı daha vülqar addım atıb.
[caption id="attachment_24497" align="alignnone" width="650"] Armen Martirosyan[/caption]
Deyir ki, bundan əvvəl majoritar sistemlə seçilən namizədlər özləri uğrunda mübarizə aparırdılarsa, indi yerli avtoritetlər və oliqarxların gətirəcəyi səslər birbaşa hakim partiyanın xeyrinə işləyəcək.
Martirosian prezident Sarkisianı vədlərinə əməl etməməkdə günahlandırır, deyir ki, prezidentliyinin ilk günlərində olan anlaşılmazlıq, qeyri-müəyyənlik divarı indi daha da möhkəmlənib.
Hakim partiyanın parlamentdəki fraksiyasının rəhbəri Bagram Bagdasaryansa deyir ki, onların namizədlərinə real qiyməti, aprelin 2-də keçiriləcək parlament seçkisində xalq verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun