Şəhidlər son mənzilə yola salındı [Fotolar]

Şəhidlər son mənzilə yola salındı [Fotolar]
28 Fevral 2017
Mətni dəyiş
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçuları doğulduqları rayonlarda torpağa tapşırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu Zülfü Rəhim oğlu Qədimov yaşadığı Beyləqan rayonunda Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə  Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib.
Buna da bax: Şəhid ailəsindən: “İcra başçısı bizimlə düşmənçilik edir” [Foto-video]
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Elvin Süleyman oğlu Əhmədov Tovuz rayonunun Yanıqlı kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu Aqşin İsmayıl oğlu Abdullayev doğulduğu Kiş kəndində torpağa tapşırılıb.
Buna da bax: Azərbaycan ordusunun yaralanan hərbi qulluqçusu şəhid olub
Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə yaylım atəşi açılıb, şəhidin tabutu üzərinə sərilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına verilib.
Şəhid olmuş hərbçi Zakir Cəfərovun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
Şəhidin nəşi məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.
[caption id="attachment_26413" align="alignnone" width="1280"] Şəhid Zülfü Rəhim oğlu Qədimovn dəfn mərasimi. Foto: Report[/caption]
[caption id="attachment_26418" align="alignnone" width="1280"] Şəhid Elvin Süleyman oğlu Əhmədovun dəfn mərasimi. Foto: Report[/caption] [caption id="attachment_26419" align="alignnone" width="1280"] Şəhid Elvin Süleyman oğlu Əhmədovun dəfn mərasimi. Foto: Report[/caption]
[caption id="attachment_26425" align="alignnone" width="1280"] Şəhid Aqşin İsmayıl oğlu Abdullayevin dəfn mərasimi. Foto: Report[/caption] [caption id="attachment_26426" align="alignnone" width="1280"] Şəhid Aqşin İsmayıl oğlu Abdullayevin dəfn mərasimi. Foto: Report[/caption] [caption id="attachment_26427" align="alignnone" width="750"] Şəhid Zakir Nazim oğlu Cəfərovun dəfn mərasimi. Foto: APA[/caption] [caption id="attachment_26428" align="alignnone" width="750"] Şəhid Zakir Nazim oğlu Cəfərovun dəfn mərasimi. Foto: APA[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun