Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirilib

Rusiya ordusu döyüşə hazır vəziyyətə gətirilib
8 Fevral 2017
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin hərbi hava qüvvələrinin döyüşə hazır rejimə keçməsi barədə göstəriş verib.
AzadlıqRadiosu-nun məlumatına görə, Rusiyanın müdafiə naziri Sergei Shoigu deyib ki, hava qüvvələri dünəndən-fevralın 7-dən ciddi təlimlərə başlayıblar. Məqsəd hərbi hava qüvvələrinin döyüşə hazırlığını, düşmənə cavab vermək qabiliyyətini yoxlamaqdır. Havadan müdafiə sisteminin köçürülməsi yönündə məşqlərə xüsusi diqqət edilir.
Rusiya ordusunda son zamanlar tez-tez belə təlimlər keçirilir. İqtisadi böhrana baxmayaraq, Kreml təlimlərə və silahların yenilənməsinə əvvəlki kimi çoxlu pul xərcləməkdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun