Rusiya: İD Palmiraya partlayıcılar gətirir

Rusiya: İD Palmiraya partlayıcılar gətirir
13 Fevral 2017
Mətni dəyiş
Özünü islam Dövləti (İD) adlandıran qruplaşmanın döyüşçüləri, Suriyanın Palmira şəhərindən geri çəkilən zaman burda qalan abidələri maksimal şəkildə dağıtmaq niyyətindədirlər. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin kütləvi informasiya əlarələri departamenti xəbər verib.
Məlumatda bildirilir ki, Rusiya hərbçiləri növbəti dəfə İD yük maşınlarının qədim şəhərin rayonlarından birində hərəkət etdiyini qeydə alıb.
"Bu isə İD-nin geri çəkilməzdən əvvəl şəhərdəki qədim arxitektura abidələrini partalyıcı vasitələrlə dağıtmaq niyyətindən xəbər verir", - deyə məlumatda bildirirlib.
Bu gün səhər Müdafiə Nazirliyinin YouTube-dakı rəsmi səhifəsində silahlıların Palmiradakı qədim abidələri necə dağıtmalarını əks etdirən video yayımlanıb.
"Kadrlarda silahlıların bizim eramızdan əvvəl 270-ci ildə inşa olunmuş qədim Roma teatrının və Tetrapilonun divarlarını necə partlatmaları əks olunub "-deyə MN acıqlama verib.
Ötən ilin mart ayında Palmiri əldən verən İD döyüşçüləri 10 ay ərzində şəhəri əllərində saxlayaraq onlarla tarixi abidəni dağıtmışdılar.
Bu ilin yanvar ayının sonunda Suriya rəhbərliyi İD döyüşçülərinin Palmirada daha məhşur olan iki qədim abidəni - Tetrapilonu və Amfiteatrı dağıtdıqları barədə məlumat vermişdi.
Palmira YUNESKO-nun ümumdunya mirası hesab edilir. Suriyada münaqişələr başlayana qədər şəhəri hər il 150 min turist ziyarət edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun