Rus ordusu təbliğat qrupunun olduğunu qəbul etdi

24 Fevral 2017
Mətni dəyiş
Rus ordusu ilk dəfə informasiya savaşı qrupunun olduğunu etiraf edib.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu qrupun təbliğat apardığını qəbul edərkən, onun hansı ölkə və ya təşkilatları hədəf aldığı barədə məlumat verməyib.
Bu açıqlama qərb dövlətlərinin Rusiyanı kiber hücumlarda günahlandırmasından sonra gəlib. Məlum olduğu kimi, ABŞ-da Prezident seçkisini Donald Trampın qazanmasında rus kiber hücumlarının rol oynadığı iddia edilmişdi. Avropa kəşfiyyat xidmətləri də Moskvanı Avropadakı hökumətləri qərarsızlaşdırmaqla, seçkilərə kiber hücumlar və yalan xəbərlərlə təsir göstərməkdə günahlandırırlar. Amma Rusiya başqa ölkələrdəki seçkilərə müdaxilə etdikləri barədə iddiaları rədd edir.
Şoyqu bu qrupda vəzifə alan yeni əsgərlərin köhnələrinə görə daha təsirli olduqlarını söyləyib. TASS xəbər agentliyi nazirin “təbliğat ağıllı, yetkin və təsirli olmalıdır” dediyini yazıb. Şoyqu qrupun nə zaman qurulduğuna dair məlumat verməyib. Bir çox ölkədə ordular təbliğatı müasir savaş taktikasının bir parçası sayır. Soyuq müharibə dövründə həm Sovetlər Birliyi, həm də Qərb ölkələri təbliğatı, beynəlxalq aləmdə ideologiyalarını yaymanın bir vasitəsi olaraq istifadə edirdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun