Raffi Ovannisyan:"Bu hakimiyyət son günlərini yaşayır"

Raffi Ovannisyan:"Bu hakimiyyət son günlərini yaşayır"
14 Fevral 2017
Mətni dəyiş
“Əminik ki, bu qanunsuz hakimiyyət son günlərini yaşayır və biz birlikdə Ermənistana konstitusiya, müstəqillik və azadlıq gətirməliyik”.
Belə bir bəyanatla “Ohanyan-Raffi-Oskanyan” blokunun üzvü Raffi Hvannisian çıxış edib.
Qeyd edək ki, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Raffi Hovannisian fevfralın 13-də blok yaradılması ilə bağlı razılaşma imzalayıblar.
"Azadlıq Radiosu"-nun məlumatına görə, onlar bunu tarixi razılaşma adlandırıblar.
Bu siyasətçilər apreldə Ermənistanda keçiriləcək parlament seçkisinə vahid siyahı ilə getmək qərarına gəliblər.
Blokun liderləri dünən bildiriblər ki, ölkəni yaranmış vəziyyətdən çıxarmaq üçün hakimiyyət dəyişməlidir.
Vardan Oskanyan tarixi məqam ərəfəsində olduqlarını bildirib və qeyd edib ki, qələbə bizimlə olacaq.
Ohanyansa deyib ki, bu gün hakimiyyətlə adi insanlar arasında böyük su vadisi var və biz onu aradan qaldırmağa çalışırıq.
Qeyd edək ki, seçkiyə “Dağlıq Qarabağda sülh” şüarı ilə gedən birinci Ermənistan prezidenti Levon Ter- Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” isəStepan Dəmirçyanın “Xalq Partiyası” ilə blok yaradıb.
Ermənistanda növbəti paprlament seçkisi aprelin 2-nə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun