Qar Qubanın və Lənkəranın bəzi kəndini işıqsız qoyub

Qar Qubanın və Lənkəranın bəzi kəndini işıqsız qoyub
14 Fevral 2017
Mətni dəyiş
Qarlı hava şəraiti ilə əlaqədar Quba rayonunun 10 kəndinə elektrik enerjisinin verilməsi dayanıb.
"Report"-un xəbərinə görə, əsasən Rustov-Qonaqkənd istiqamətində yerləşən Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qamqam, Töhmər və Hacağalar kəndləri işıqsız qalıb.
Quba Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov təmir briqadasının problemin aradan qaldırılması istiqamətində tədbirlər gördüyünü bildirib: «Havaların qarlı, şaxtalı və küləkli keçməsi ilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb».
Güclü qar səbəbindən Lənkəran rayonunun da bir neçə kənd və şəhərin bir hissəsi işıqsız qalıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, enerji xəttində yaranan problemlər səbəbindən şəhərin Qalayçılar məhəlləsi tamamilə işıqsız qalıb.
Bundan başqa, Separadi, Sütəmordov və daha bir neçə kənddə də eyni problem yaşanır. Qısa müddət ərzində problemin aradan qalxacağı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun