"Putinə ehtiram göstərirəm, amma bu, onunla yola gediləcəyi demək deyil"

"Putinə ehtiram göstərirəm, amma bu, onunla yola gediləcəyi demək deyil"
6 Fevral 2017
Mətni dəyiş
Donald Tramp Rusiya prezidenti Vladimir Putinə ehtiram göstərdiyini desə də, bunun onunla yola gediləcəyi demək olmadığını bildirib.
"Rusiya ilə yola getmək, getməməkdən daha yaxşıdır. Əgər Rusiya mühüm döyüş sahəsi olan İŞİD-ə qarşı mübarizədə və ümumilikdə terrorimə qarşı mübarizədə yardım etsə, yaxşı olar. Ancaq yola gedəcəyikmi? Onu bilmirəm," deyə Tramp Fox News xəbər agentliyinə müsahibəsi zamanı deyib.
Lakin Putinin "qatil" olduğunu deyən jurnalist Bill Orayliyə cavabında ABŞ dövlət başçısı deyib ki, dünyada bir çox qatil var.
"Sizcə bizim ölkəmiz günahsızdır?" Tramp soruşub.
ABŞ Senatının əksəriyyət lideri Mitç Makkonnell CNN-nə şərh verərkən deyib ki, o, ABŞ-la Putin arasında heç bir ekvivalent görmür.
[caption id="attachment_23062" align="alignnone" width="927"] Mitch McConnell[/caption]
Senatda Respublikaçı çoxluğun lideri Rusiya prezidentini pisləyərək, partiyadaşı Prezident Donald Trampın fikirlərini paylaşmadığını vurğulayıb.
“Putin sabiq KQB agentidir, o, quldurdur, o normal seçkilərdə seçilməyib,” deyə Makkonnell CNN-ə bildirib.
“Xeyr, hesab etmirəm ki, Rusiyanın etdikləri ilə Birləşmiş Ştatların etdikləri arasında oxşarlıq var,” Respublikaçı senator bəyan edib.
Amerikanın kəşfiyyat orqanları Rusiyanı ABŞ seçkilərinə hakerliklə müdaxilə etdiyində günahlandırır.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ötən şənbə günü telefon söhbəti zamanı iki lider İŞİD qrupunun məğlub edilməsi, eləcə də Suriyada və dünyanın başqa yerlərində sülhə nail olunması istiqamətində birgə işləmək haqda razılıq əldə edib.
Bu, Trampın yanvarın 20-də inaqurasiyasından sonra iki ölkənin lideri arasında ilk telefon söhbəti olub.
Ağ Ev bir saat sürən söhbətin müsbət tonda keçdiyini və bunun son aylar Vaşinqton və Moskva arasında gərginləşən münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm bir başlangıc olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun