"Prezidentin öz oğlunu mer təyin etməsi qanunidir"

"Prezidentin öz oğlunu mer təyin etməsi qanunidir"
7 Fevral 2017
Mətni dəyiş
Tacikistan rəsmiləri prezidentin övladlarıyla bağlı qərarlarını müdafiə edirlər.
AzadlıqRadiosu-nun məlumatına görə, Tacikistanın Dövlət Xidməti Agentliyinin direktoru Juma Davlatov deyib ki, dövlət başçısının oğlunu paytaxtın meri təyin etməsində pis bir şey yoxdur, qərar qanunidir və prezidentin gəncləri vəzifə başına gətirmək siyasətinə uyğundur. O, Tacikistanda vəzifəlilərin 44%-nin 35 yaşına çatmayan mütəxəssislər olduğunu vurğulayıb.
Tacikistan prezidenti Rahmon Emomali-nin oğlu Rustam Emomali-nin 29 yaşı var. O, mer vəzifəsinə yanvarda təyin edib. Tərəfdarları Rustam Emomali-nin 3 universitet diplomu aldığını, vəzifəyə layiq olduğunu deyirlər.
Prezidentin 9 uşağı var. Qızlarından biri Xarici İşlər Nazirliyində yüksək vəzifədə çalışır. Bir qızı isə idarə heyətinin sədridir.
Rahmon Emomali Tacikistanı 1992-ci ildən idarə edir. O, tənqidçilərini basqı altında saxlayan, müxalif fikirləri qəbul etməyən prezident kimi tanınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun