Poroshenko: “Ukraynanın NATO-ya qoşulması ilə bağlı referendum keçiriləcək”

Poroshenko: “Ukraynanın NATO-ya qoşulması ilə bağlı referendum keçiriləcək”
2 Fevral 2017
Mətni dəyiş
Ukrayna prezidenti Petro Poroshenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir.
APA-nın verdiyi məlumata görə, bu barədə Ukraynanın dövlət başçısı  Almaniyanın “Berliner Morgenрost”  qəzetinə müsahibəsində  deyib.
“Dörd il əvvəl əhalinin cəmi 16%-i NATO-ya üzv olmağın tərəfdarı idi, bu gün isə artıq 54%-i. Prezident kimi mən xalqın rəyinə arxalanmalıyam.  Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək. Ukraynalılar referendumda “hə” desə, mən ölkəmizin Şimali Atlantika Alyansına qoşulması naminə əlimdən gələni əsirgəməyəcəyəm”, deyə P.Poroshenko bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun